İtkin düşmüş 73 nəfərin şəxsiyyəti, basdırıldığı yerlər müəyyənləşdirilib
İtkin düşmüş 73 nəfərin şəxsiyyəti, basdırıldığı yerlər müəyyənləşdirilib
Yusif Sultanoğlu
08:20 30.04.2024
Sosial
722
11 mindən artıq itkin ailəsindən bioloji nümunə götürülüb.
bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, Vətən müharibəsində əldə edilmiş Böyük Zəfərdən sonra itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması işlərinə başlanıb: “Azad olunmuş ərazilərdə qazıntı işləri aparılır və bununla bağlı ictimaiyyətə məlumat verilir. Azərbaycanda ən böyük itkin ailəsi Dövlət Komissiyasıdır. Dövlət Komissiyası itkin düşmüş bütün vətəndaşlarımızın taleyinin aydınlaşdırılması üçün səylərini davam etdirəcək. Bu sahədə BQXK Dövlət Komissiyasına yaxından dəstək verir. 73 nəfər itkinimiz barədə bu gün ictimaiyyətə məlumat veriləcək. 73 nəfər iki istiqamət üzrə müəyyən olunub. Biri respublikanın ayrı-ayrı şəhər və rayonlarında tanınmadan dəfn edilən naməlum məzarlardan çıxan meyit qalıqlarıdır. Bakıda Şəhidlər xiyabanında 13 nəfər tanınmadan dəfn edilib. Ağdam rayonu Sarıcalı kəndi üzrə 3 nəfərin şəxsiyyəti eyniləşdirilib. Gəncə şəhəri Şəhidlər Xiyabanında olan naməlum məzarlarda basdırılmış 22 nəfərin şəxsiyyəti müəyyənləşib. Tərtər rayon Şəhidlər xiyabanında 13 nəfərin şəxsiyyəti eyniləşdirilib. Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqdan çıxan meyit qalıqlarından 4 nəfərin, Şuşa rayonu Daşaltı kəndi üzrə 2 nəfərin şəxsiyyəti müəyyənləşidirilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə