Məsafədən iş təhlükə yaradır? – Ekspert yeni dəyişikliklərin ciddi boşluqlarını açıqladı

Əmək Məcəlləsinə Milli Məclisdəki müzakirələr zamanı təklif olunan dəyişikliklər bəzi suallar doğurub. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov sosial şəbəkə hesabında dəyişikliklərlə bağlı izah verib. S.Məmmədov qeyd edib ki, təklif olunan dəyişkiliklər arasında vacib olanları var. Amma sual yaradan məqamlara aydınlıq gətirilməlidir. Məsələn, məsafədən iş zamanı əməkdaşın hüquqları necə qorunacaq: 

- Məsafədən iş, bu əlavə olsa da olmasa da artıq tətbiq olunur. Amma özəl sektorda. Dövlət sektorunda tətbiq üçün də yəqin əlavə qaydalar tələb olunacaq. Problem ayrı məsələdədir. Məsafədən işləyənlərin əməyinin mühafizəsi necə təmin olunacaq? Məsafədən (distant) işə cəlb etmə zamanı işəgötürən ƏM Əməyin Mühafizəsi böllməsinin tələblərini necə təmin edəcəklər? İşəgötürən işçinin sağlamlığına dəyən zərərə görə məsuliyyət daşıyır, o cümlədən maddi məsuliyyət. Amma o bu məsuliyyətinə görə həm də əməyin mühafizəsini təmin etməlidir. İş yerində əlverişli və ədalətli əmək şəraiti yatmalıdır. Teniki təhlükəsizlik qaydalarını təmin etməlidir. Məsafədən iş zamanı bunu etmək mümkün deyil. 

Məsafədən işləyən işçini işəgötürən istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri halıdan icbari sığorta etməlidir. Etməsə böyük cərimə ödəməlidir (hüquqi şəsxlər 5000 manat). Tutaq ki, edib. Şəxs məsafədən əmək funksiyasını yerinə yetirərkən xəsarət alıb sağlamlığını itirsə və ya bu səbəbdən həlak olasa bu sığorta hadisəsi sayılacaqmı? Sığorta şirkəti bunu heç bir halda qəbul etməyəcək. Çünki biri öz şəxsi avtomobilində gedə-gedə əmək funksiyasını yerinə yetirirsə (tutaq ki, pesonal sürücüsü avtomobili idarə edir, o da kompüterdə əmək funksiyasını yerinə yetirir). və bu zaman avtoqəza baş verisə və işçi xəsarət alırsa və ya aldığı xəsarətdən vəfat edirsə bunu heç bir sığorta şirkəti sığorta hadisəsi saymayacaq. Evində işləyəndə də həmçinin.

S.Məmmədov ƏM 47-ci maddəsinə təklif olunan - "təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda"onlarla müddətli əmək müqaviləsi bağlanır” - əlavə bəndi ilə bağlı da izah verib: 

- Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə" Qaydasında da göstərilir ki, "Təcrübə müddətində işəgötürənlə tələbə arasında müddətli əmək müqaviləsi bağlanıla bilər. Bu halda işəgötürən tərəfindən qanunvericiliyə uyğun olaraq, təcrübə keçən tələbəyə əməkhaqqı ödənilir və icbari ödənişlər edilir". Praktikada isə bu mümkün olmur. Əmək Müqavilələri Alt Sistemində hər bir müəssisənin ştat cədvəli yerləşdirlir. Ondan kənara çıxıb yeni müqavilələri necə bağlayacaqlar? Tutaq ki, özəl sektor bunu edə bildi (Ştat cədvəlin müvəqqəti dəyişdi və s.) bəs dövlət sektoru? Tələbələri təcrübəyə qəbul edən əsas dövlət sektorudur. Büdcədən maliyyələşən təşkilatlar bunu edə bilməyəcək, hətta onlara təhsil müəssəsi vəsait ödəsə belə. Hər iki məsələni tənzimləmək üçün əlavə qanunvericilik aktları qəbul olunmalı, yaxud mövcud qanunvericiliyə dəyişiklik və əlavələr edilməlidir. Amma bunun da problemi əsaslı həll edəcəyinə ümid azdır.