Otel qiymətləri: Azərbaycanlılar niyə xaricə üz tutur? -Açıqlama
09:35 06.04.2024
Sosial
550
Cari il ərzində Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə booking.com üzrə orta qiymət göstəricisi Gürcüstan, Ermənistan və Türkiyənin İstanbul şəhəri ilə müqayisədə aşağı olub.
Cari ilin yanvarında bütün ulduz təsnifatları üzrə hotellərdə booking.com üzrə orta qiymət göstəricisi Azərbaycanda 87.50, İstanbulda 159.50, Gürcüstanda 159, Ermənistanda isə Azərbaycanın milli valyutası ilə ifadədə 106.50 AZN təşkil edib.
Fevralda Azərbaycanda qiymətlərdə müəyyən artım, digər ölkələrdə və İstanbulda isə əksinə, azalma müşahidə olunub. Lakin buna baxmayaraq qeyd olunan dövrdə Azərbaycanda hotellər üzrə orta qiymət digərləri ilə müqayisədə yenə də aşağı olaraq qalıb. Belə ki, fevralda Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə qiymət 102.67, İstanbulda 130.60, Gürcüstanda 126.50, Ermənistanda isə Azərbaycanın milli valyutası ilə ifadədə 97.20 manat təşkil edib.
Martda Azərbaycan, İstanbul şəhəri, Gürcüstan, Ermənistan üzrə hotellərdə orta qiymət göstəricisi müəyyən qədər artıb.
Belə ki, Azərbaycanda hotellərdə orta qiymət göstəricisi 134.33, İstanbulda 138.20, Gürcüstanda 111, Ermənistanda isə Azərbaycanın milli valyutası ilə ifadədə 102.50 manat təşkil edib.
Apreldə isə bu qiymət Azərbaycanda 131.67, İstanbulda 180.80, Gürcüstanda 141, Ermənistanda isə Azərbaycanın milli valyutası ilə 112 manat təşkil edib.
İqtisadçı - ekspert Asif İbrahimov “Sherg.az”a bildirib ki, hazırda yuxarıda qeyd edilən statistik rəqəmlər mövcuddur:
“Azərbaycanda statistik rəqəmlər dekabr, yanvar,fevral və mart aylarını əhatə edir. Dekabr-yanvar aylarına doğru getdikdə 3 ay ərzində, xüsusilə də Azərbaycanda həm ənənəvi, həm də dövlət bayramları çoxdur. Bu baxımdan otellərə geniş tələbat yaranır. Tələbat yarandıqda isə müəyyən qiymət artımları baş verir. Yaranan xərclər nə qədər çox olarsa, qiymətlər də o qədər yüksək olur. Azərbaycan vətəndaşları xüsusilə yay aylarında öz məzuniyyətlərini xarici ölkələrdə keçirirlər. Nabran və Antalyanın qiymətlərini müqayisə etdikdə orada göstərilən yüksək xidmət ilə qiymət arasında tərs mütənasiblik yaranır. Bu baxımdan da Azərbaycan vətəndaşları daha çox xarici ölkələrə üz tuturlar. Sözügedən sahədə fəaliyyət göstərən müvafiq qurumlar tərəfindən sinifləndirmə aparılıb. Tək otellərə deyil, bütün turizm=iaşə obyektlərinə baxılmalıdır. Həmçinin müəyyən reqlamentlər müəyyənləşdirilməlidir. Eyni zamanda sahibkarların fəaliyyətində biraz sadələşdirilmə aparılmalıdır ki, Azərbaycan vətəndaşı ucuz qiymətə daha keyfiyyətli xidmət əldə edə bilsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pivə qan damarları üçün faydalıdırmı?
08:20 27.05.2026
Sağlamlıq
“17 yaşımda striptiz-klubda işləyirdim”
07:51 27.05.2026
Şou
Avropaya səyahət edənlərin NƏZƏRİNƏ...
06:43 27.05.2026
Maraqlı
Çox yatmaq hansı xəstəliklərdən xəbər verir?
04:42 27.05.2026
Sağlamlıq
Cazın əfsanəsi dünyasını dəyişdi!
04:04 27.05.2026
Şou
Kütləvi işsizlik gözlənilir? - "OpenAI" rəhbəri danışdı
03:33 27.05.2026
Texnologiya
“Real Madrid”də prezident seçkilərinin vaxtı açıqlanıb
02:54 27.05.2026
Futbol
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib
00:40 27.05.2026
Dünya
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:17 27.05.2026
Cəmiyyət
İsrail HƏMAS-ın yeni liderini olduğu bazaya hücum etdi
23:59 26.05.2026
Dünya
İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
23:11 26.05.2026
Rəsmi
Mahmud Abbas İlham Əliyevi təbrik edib
22:38 26.05.2026
Rəsmi
Netanyahu: İsrail Livanda əməliyyatı genişləndirir
21:51 26.05.2026
Dünya
Şərif Ərdoğanla regional məsələləri müzakirə edib
21:38 26.05.2026
Region
Ceyhun Bayramov və İshaq Dar bu məsələləri müzakirə ediblər
21:26 26.05.2026
Siyasət