
Pandemiya uşaqların nitq qabiliyyətini və sosial bacarıqlarını “öldürdü” -Rəy
Yusif Nəzərli
11:03 17.11.2024
Sosial
450
Pandemiya və texnologiya...
Məktəbəqədər və ibtidai təhsil müəssisələrində uşaqların sosial və emosional inkişafını dəstəkləyən xüsusi proqramlar hazırlanmalıdır
Pandemiya dövrü və bu dövrdə doğulan uşaqlar arasında autizm spektri pozuntuları, nitq geriliyi və sosial-emosional inkişafda gecikmələr müşahidə olunur. Bu vəziyyətin əsas səbəbləri pandemiya şəraitində yaranan sosial və psixoloji mühitlə bağlıdır. Mütəxəssislərin fikrincə, karantin rejimləri və sosial izolyasiya uşaqların normal inkişafı üçün zəruri olan stimulları məhdudlaşdırdı. Körpələr və kiçikyaşlı uşaqlar erkən yaş dövründə sosial-emosional əlaqələr və qarşılıqlı ünsiyyət yolu ilə inkişaf edir. Lakin pandemiya səbəbindən bu proses pozuldu, ailədaxili ünsiyyət artdığı halda, uşaqların sosial mühitlə təması əhəmiyyətli dərəcədə azaldı.
ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovun “Sherg.az"a açıqlamasına görə, texnologiyadan ifrat istifadə də bu dövrdə doğulan və ya uşaqlıq dövrü pandemiya dövrünə təsadüf edən azyaşlılarda ciddi inkişaf problemlərinə səbəb olub:

“Uşaqlar pandemiya dövründə daha çox ekran qarşısında vaxt keçirərək insanlarla ünsiyyətdən uzaq qalıblar. Televizor və planşetlər vasitəsilə əldə olunan məlumatların interaktiv olmaması, nitqin inkişafı üçün zəruri olan qarşılıqlı əlaqəni əngəlləyib. Bu, nitq geriliyi və sosial bacarıqlarda zəifliklə nəticələnib. Valideynlərin pandemiya dövründə artan stress və narahatlığı da uşaqların inkişafına təsir edib. Ailədaxili gərginlik uşaqların emosional sabitliyinə mənfi təsir göstərib. Valideynlər çox vaxt uşaqlarla kifayət qədər keyfiyyətli ünsiyyət qura bilmədi, bu da sosial və nitq bacarıqlarında geriliklərin yaranmasına səbəb oldu: “Statistik məlumatlar problemin miqyasını daha aydın göstərir. ABŞ-də pandemiya illərində doğulan uşaqların 20 faizdən çoxunda nitq və sosial bacarıqlarda gecikmələr müşahidə edilib. Böyük Britaniyada məktəbəqədər yaş qrupunda uşaqların 30 faizə qədərində ünsiyyət problemləri qeydə alınıb. Azərbaycanda isə 1-ci sinif şagirdləri arasında nitq geriliyi və sosial uyğunlaşma problemləri ilə bağlı artım müşahidə olunur.
Bu problemlərin həlli üçün erkən müdaxilə proqramları tətbiq edilməli, nitq terapiyası və davranış müalicəsi kimi xidmətlər genişləndirilməlidir. Məktəbəqədər və ibtidai təhsil müəssisələrində uşaqların sosial və emosional inkişafını dəstəkləyən xüsusi proqramlar hazırlanmalıdır. Valideynlər üçün təlimlər təşkil olunmalı, uşaqların nitq və sosial bacarıqlarını inkişaf etdirmək üçün onlara praktik metodlar öyrədilməlidir. Sistemli yanaşma ilə bu problemlərin təsirləri azaldıla bilər və uşaqların inkişafına dəstək verilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm