Parlament Görüşü çərçivəsində iqlim dəyişikliyinin təsiri müzakirə olunub
Yusif Nəzərli
09:21 16.11.2024
Sosial
442
İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşü çərçivəsində “İqlim dəyişikliyinin təsirini anlamaq” mövzusunda panel müzakirələri keçirilib.
APA xəbər verir ki, paneldə çıxış edən Tonqa qanunverici orqanın spikeri Lord Fakafauna deyib ki, iqlim dəyişikliyi artdıqca vəziyyət daha da pisləşəcək.
Lord Fakafauna bildirib ki, iqlim dəyişikliyi təsirlərini azaltmaq mümkündür: “Lakin bunun üçün maliyyə və texniki dəstəyə ehtiyac var. Biz indi temperatur artımında 1.5 dərəcənin üstündəyik. Bu templə davam etsək, vəziyyət daha da pisləşəcək və hətta 3 dərəcəyə yaxınlaşacağıq. Bunun qarşısı almaq üçün qanunverici orqanlar da qanunlarla bu problemin qarşısının alınmasında öz rolunu oynamalıdır”.
Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda isə qeyd edib ki, COP29 çərçivəsində qəbul edilən qərarlar milli, regional və qlobal əməkdaşlıq mexanizminin formalaşmasına kömək edəcək: “İqlim dəyişmələrinə qarşı həssas olan Tacikistanın dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda ciddi maneələri var. Buna əsas səbəb buzlaqların sürətlə əriməsidir. Bərpaolunan enerji resursları və yaşıl enerjidən istifadə mütləqdir. Bunlardan səmərəli istifadə ilə istixana qazlarının azaldılması baxımından səmərəli nəticə əldə edilə bilər. 2032-37-ci ilə qədər Tacikistan enerji istehsalını bərpaolunan enerji ilə əvəzləmək və tamamilə yaşıl ölkəyə çevirmək niyyətindədir. Ölkədə elektrik enerjisinin təxminən 98 %-i su elektrik enerjisindən alınır. Tacikistanda ölkə qanunvericiliyinin təkmilləşməsinə ehtiyac var və səylərimiz buna doğru yönəlib. Ətraf mühitlə bağlı qanun layihələrinin hazırlanması istiqamətində işlərimiz davam etdirilir”.
Albaniya Respublikası parlamentinin sədri Elisa Spiropali iqlim dəyişikliyi probleminin getdikcə böyük vüsət almağa başladığını söyləyib: “Parlament nəzarətini artırmalı və beynəlxalq əlaqələrdə dialoqu gücləndirməliyik. Ən çox çirkləndiricilər ən böyük şirkətlərdir. Amma onlar vəziyyəti dəyişə bilərlər. Yalnız danışmaqla kifayətlənməməliyik. Albaniya da Paris Sazişi çərçivəsində olan ambisiyalara dəstək verir. Parlament iqlim dəyişikliyi ilə mübarizə tədbirlərində qanunvericilik sahəsində iş görməkdədir”.
Panel parlamentarilərin müzakirələri ilə davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm