
Psixoloq: Uşaqları dərs oxumağa həvəsləndirmək lazımdır
Yusif Nəzərli
12:44 13.11.2024
Sosial
507
Məktəbdə şagirdlərin yükü artmağa davam edir, ailələrdə isə yeniyetmələrə dəstək azalır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) xəbərdarlıq edilib.
Bildirilib ki, 44 ölkədən 280 min məktəblini əhatə edən yeni araşdırmaya görə, şagirdlərin yalnız 67%-i ailədə güclü dəstək hiss edir - bu, 2018-ci ildə 73% olan göstərici ilə müqayisədə əhəmiyyətli azalmadır.
Eyni zamanda, məktəb yükü, xüsusilə qızlar üçün kəskin şəkildə artıb. Bütün bunlar milyonlarla məktəblinin, xüsusilə də yuxarı yaş qrupundan və aztəminatlı ailələrdən olan yeniyetmələrin psixi və fiziki sağlamlığına təsir göstərir.
"Sosial bərabərsizlik özünü onda göstərir ki, aşağıgəlirli ailələrdən olan yeniyetmələr daha varlı ailələrdən olan həmyaşıdları ilə müqayisədə ailədə kifayət qədər dəstəyin olmamasından daha çox danışırlar. Hesabatın daha bir nəticəsi ondan ibarətdir ki, qızlar oğlanlarla müqayisədə valideynlərin hər hansı biri ilə onları narahat edən mövzular barədə daha az danışa bilirlər; kommunikasiya maneələr isə analarla müqayisədə atalarla münasibətlərdə daha çox müşahidə olunur", - deyə həkimlər qeyd edirlər.
ÜST aşkar edilmiş problemlərin həlli üçün koordinasiyalı fəaliyyətə çağırır. Tövsiyələr arasında ailəyönümlü siyasətin və iqtisadi dəstəyin gücləndirilməsi, inklüziv məktəb mühitinin yaradılması, akademik təzyiqin aradan qaldırılması və stres səviyyəsinin artmasına qarşı mübarizə var.
Ekspertlər xüsusilə xidmət səviyyəsi aşağı olan regionlarda sinifdənkənar tədbirlərə, psixi sağlamlıq resurslarına və tibbi xidmətlərə bərabər çıxışın təmin edilməsinin vacibliyini vurğulayıblar.
Mövzu ilə bağlı danışan psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a deyib ki, hər bir insan fərqli olduğu kimi, ailələrin də xarakteristikası müxtəlifdir:

"Valideynlərin övladlarına yanaşması da eyni deyil. Məsələn, ailədə məsuliyyətsizlik və yaxud həddindən artıq uşağa diqqət göstərmək nəticəsində azyaşlıda psixoloji travmalar yaranır. Ona görə də uşaqlarla münasibətdə diqqətli olmaq vacibdir. Ailələrin uşağa az diqqət göstərməsinin ən başlıca səbəbi ağır iş rejimidir. Bəzi valideynlər uşaqlarına hansı səviyyədə diqqət göstərəcəklərini belə, bilmirlər. Belə bir fikir var ki, günümüzdə uşağı sərbəst böyütmək lazımdır. Ancaq sərbəstlik adı altında onları öz başına buraxmaq olmaz. Ona görə də valideynlər övladları ilə daha çox vaxt keçirtsinlər. Onlar haqda bol məlumat əldə etməlidirlər. Çox təəssüf ki, indiki dövrdə valideynlərin əksəriyyəti uşaqlarını tanımırlar. Yəni, xarakterini, nəyi sevib-sevmədiklərini tam öyrənmirlər. Fikrimcə, bu barədə məktəb və valideyn birgə işləməli və uşağı düzgün yönləndirməlidirlər. Əgər valideynlər övladları arasında olan idarəetmənin və emosional bağlılığının qırıldığını gördükdə mütləq peşəkar psixoloqa müraciət etsinlər. Bununla psixoloji bağlar düzələcək və düzgün kontakt qurulacaq. Əslində uşaqların, gənclərin dərs oxuması üçün lazımi motivasiya vermek işi daha çox valideynlərin üzərinə düşür. Uşaqlar müəyyən yaşa gəldikden sonra valideynler onların gələcəkdə hansı sahədə işləmək istədiklərini və xəyalları haqda suallar verməlidirlər. Bir sözlə, uşaqları dərs oxumağa həvəsləndirmək lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm