
Psixoloq: Valideyn-övlad münasibətləri getdikcə gərginləşir
09:27 13.02.2025
Sosial
479
Bakıda 10 yaşlı oğlan itkin düşüb.
Milli.Az xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.
Belə ki, 2015-ci il təvəllüdlü Sadiq Məcidov 10 fevral tarixində evdən çıxaraq geri qayıtmayıb.
Faktla bağlı araşdırılma aparılır.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, uşaqların düzgün tərbiyəsi bütün dövrlərdə ən aktual mövzu kimi psixoloq, sosioloq, valideyn və müəllimlər tərəfindən mütəmadi olaraq müzakirə edilir:

“Ailədə valideyn-uşaq münasibətlərinin düzgün qurulması üçün davranış qaydalarına riayət edilməsi vacibdir. Bu qaydalara əməl edilmədikdə isə bəzi xoşagəlməz vəziyyətlə - uşağın narahat, aqressiv olması, valideyni ilə daim mübahisə etməsi, digər insanlara qoşulması, hətta özünə suiqəsd etmə halları ilə rastlaşırıq. Valideyn-övlad arasında anlaşılmazlıqlar əvvəlki dövrlərdə də olub, amma o zamandakı həyat tərzi bir qədər qapalı olduğundan, bu qədər müzakirə mövzusuna çevrilmirdi. Bu gün isə demək olar ki, valideyn-övlad münasibətləri getdikcə gərginləşir. Bunu baş verən hadisələrdə də görmək mümkündür. Valideynin övladını, övladın valideyni öldürməsi halları,uşaqların evdən qaçması gündən-günə artır. Belə hadisələrdə günahı təkcə uşaqda görmək düzgün deyil, çünki tərbiyə verən, hörməti öyrədən valideyndir. Onun həyat təcrübəsi uşaqdan çoxdur. Uşaqların tərbiyəsində ailə, yoxsa cəmiyyət daha çox rol oynayır? soruşsanız deyərdim ki əlbəttə ki, ailədən alınan tərbiyə təməldir. Amma ətrafdakı pis qüvvələrin təsir dairəsinə düşən övlad da yanlış seçimlər etməkdən qaça bilmir. Bədbəxt ailələrin xoşbəxt övladları olmur. Valideyn bilməlidir ki, övladından yüksək tərbiyə, hörmət gözləyirsə, ilk növbədə özü övladına bu keyfiyyətləri göstərməlidir.Uşaqların tərbiyəsində ailə qədər, məktəb də böyük rol oynayır. Şəxsiyyətin formalaşmasında, cəmiyyətə inteqrasiya olunmasında məktəbin rolu danılmazdır. Günün yarısını məktəbdə keçirən uşaq nəinki bilik, həm də davranış xüsusiyyətlərini qazanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
8 saatlıq çəkilişdən yarım milyondan çox pul aldı
16:56 19.02.2026
Şou
Kəlbəcərdə itkin düşmüş şəhidin qalıqları İsmayıllıda dəfn edilib
16:49 19.02.2026
Hadisə
Tramp dövründə Azərbaycan-ABŞ əlaqələri genişlənir - RƏY
16:38 19.02.2026
Gündəm
Moskva ABŞ-a 12 trilyonluq layihə təklifi xəbərini təkzib edib
16:35 19.02.2026
Dünya
Azərbaycanda tələbə liseyə direktor təyin olundu
16:22 19.02.2026
Cəmiyyət
ABŞ Qəzzada hərbi baza tikir
16:08 19.02.2026
Dünya
Mark Zukerberq məhkəmədə ifadə verdi
16:01 19.02.2026
Dünya
Tramp müsəlmanları təbrik etdi
15:54 19.02.2026
Dünya
Bəhruz Əsgərov külli miqdarda mənimsəmədə ittiham olunur
15:46 19.02.2026
Hadisə
İtkin-şəhid Nail Dənziyev Lerikdə dəfn edildi
15:18 19.02.2026
Gündəm
Qaqik Tsarukyanın evində axtarış aparılır
15:02 19.02.2026
Dünya
Böyük Britaniya kralının qardaşı saxlanıldı
14:37 19.02.2026
Dünya
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Cəlilabadda dəfn edildi
14:03 19.02.2026
Ölkə
Kreml Ukrayna üzrə növbəti danışıqların vaxt və məkanını açıqlamır
13:52 19.02.2026
Gündəm
Bakı metrosundan kimlər ödənişsiz istifadə edə bilər?
13:50 19.02.2026
Aktual