Qədr gecəsi oruc tutmayanlar nə etməlidir? -İlahiyyatçı Danışdı
09:41 28.03.2024
Sosial
1160
Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na, yəni martın 28-dən 29-na keçən gecəyə təsadüf edir. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub. Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (10 aprel) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb.
Bəs, qədr gecələrində yerinə yetirilməsi tövsiyə edilən əməllər hansılardır?
Məsələ ilə bağlı danışan ilahiyyatçı Tural İrfan “Sherg.az”a söyləyib ki, qədr gecəsi quranın nazil olduğu, seçilmiş bir gecədir:
“Bəzi hədislərə görə bu gecədə insanların əməlləri saf-çürük edilir və gələcək müqəddəratları həll olunur. Ona görə ibadət etmək lazımdır ki, qəzavü-qədəri yazanlar müsəlman üçün xeyirli aqibət müəyyən etsinlər. Bu gecə dəqiq məlum deyil, ehtimallar üzrə Ramazan ayının son 10 günlüyündə olan tək gecələrə təvafüq edə bilər. Bacaran bütün son 10 günü də əhya saxlaya bilər. Qüsl etmək, namaz qılmaq, sədəqə vermək, əhya saxlayan qohum - qonşunu ziyarətə getmək, aclara yemək ikram etmək, şəhidləri ziyarət etmək bu gecədə gözəl olar. Namaz qılmayanlar, lap oruc da tutmayanlar bu gecədə hər hansı bir xeyir iş görə bilərlər ki, bu da ehsanata keçər. Bəzi adamlar səhərə qədər yeyib - içir, özləri üçün namaz qılırlar. Fəqət gərək cəmiyyət üçün, insanlar üçün də xeyirli iş görəsən. Müsəlman yalnız özünü düşünməməlidir. Başqalarının savab qazanması üçün də vasitəçi olmalıdır. Bu gecədə bəzi xurafat işlər də var ki, onların heç bir əsası yoxdur, bidətdir. Məsələn, Quran nüsxələrini ortadan ayırıb başa qoyaraq dua edirlər, bəzi qondarma işlər görürlər. Bunun İslamda heç bir əsası yoxdur. Qədr gecəsini peyğəmbər belə qeyd etməyib ”.
T.İrfan qeyd edib ki,bu gecədə oturub yalnız namaz qılmaq başqa faydalı işləri bacarmayan, gücü yetməyənlər üçündür:
“Lakin bacara bilən, imkanı olanlar gecə sabaha qədər kasıblara sədəqə paylasınlar. İmamlar gecə insanların qapılarına kilsələrdə ərzaq qoyardılar, o adamlar bilməzdi ki, bu işi kim görüb. Namaz qılmayanlar, başqa xeyirli işlərlə yanaşı dualar etsinlər. Qüsl edib, paklanıb tövbə edərək duz üstə çöküb Allaha üz tutsunlar, xalqımız, dövlətimiz üçün dua etsinlər. Dövlət rəhbərimiz üçün dua etsinlər ki, Allah Qarabağ zəfəri kimi böyük bir zəfəri məhz onun vasitəsi ilə xalqımıza nəsib etdi. Yalnız özü üçün, öz mənafeyi üçün dua edənlər alverçilərdir, Nəsimini edam edən riyakar zahidlərin yolçularıdırlar. Müsəlman hamı üçün dua etməlidir. Hətta pis adamlar üçün də dua etməlidir ki, onları da Allah hidayət etsin, günah işlərdən çəkinsinlər. Yoxsa bəzən məsciddə oturub 1400 il əvvəl ölmüş adama 150 dəfə lənət oxuyurlar. Buna nə üçün vaxtını sərf edirsən? Onsuz da İmam Əlinin qatili cəhənəmlikdir, öz cəzasına çatıb, vəssalam. Musa Peyğəmbər Firon öləndən sonra oturub illər boyu lənət oxudu ki? Xeyr. Lənətə sərf edilən vaxtı rəhmətə sərf etmək lazımdır. Qədr gecəsində dua etmək, xeyirli işlər görmək, sədəqə dağıtmaq, ehsan vermək lazımdır ”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
02:02 01.10.2026
Cəmiyyət
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi
01:43 01.10.2026
Maraqlı
ABŞ general və admiralların 20 faizini ixtisar edəcək
01:21 01.10.2026
Dünya
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial