
Qələbəmizin təntənəsi: Şuşa turizm paytaxtı seçildi
11:53 02.05.2024
Sosial
503
Türkiyənin Ərzurum və Şuşa şəhərlərinin 2025-2026-cı illər üçün turizm paytaxtları seçilməsi turizm sahəsində regional əməkdaşlığın inkişafına töhfə verəcək. Bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, turizm sahəsində əməkdaşlıq fonunda hər il İƏT-in turizm paytaxtlarının elan edilməsi ilə bağlı yeni təşəbbüsü var: "Bu il Özbəkistanın Şahrisəbz şəhəri bu adı daşıyır, lakin 2025-ci ildə və 2026-cı ildə müvafiq olaraq Türkiyənin Ərzurum və Azərbaycandan Şuşa şəhərləri İƏT regionunun rəsmi turizm paytaxtı statusunu alacaqlar. 2026-cı il turizm sahəsində regional əməkdaşlığın inkişafına daha da töhfə verəcək”.
Məsələni dəyərləndirən turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov "Sherg.az"a bildirib ki, 2026-cı ildə iqtisadi əməkdaşlıq təşkilatında Şuşanın rəsmi turizm paytaxtı seçilməsi təqdirəlayiq haldır:

"Bu ölkəmizin, işğaldan azad olan ərazilərimizin qələbəsinin təntənəsidir. Bu status vasitəsi ilə silsilə tədbirlərin keçirilməsi, bura müxtəlif ölkələrdən əcnəbilərin səfəri turizm nöqteyi cəhətdən əhəmiyyətlidir. Həmçinin, burada medianın gücünü xüsusi vurğulmaq lazımdır. Onlar keçirilən tədbirləri işıqlandıraraq bütün dünyaya çatdırılmasına kömək göstərirlər. Bu da gələcək üçün vacib nüanslardan biridir. Bununla bir növ işğaldan azad olunan ərazilərin təhlükəsiz olduğunu sübut edirlər. Ona görə də dövlətimiz media subyektlərini, diplomatik nümayəndələri həmin ərazilərə dəvət etməklə, orada görülən işlərlə tanış etməlidir. Bununla bütün dünya Qarabağın Azərbaycan ərazisində ciddi inkişaf yolu keçdiyini, mədəni müxtəlif siyasi tədbirlərə ev sahibliyi etdiyini görəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç kralı V Harald vəfat edib
10:45 28.08.2026
Dünya
Tokayev hökuməti istefaya göndərib
10:21 28.08.2026
Gündəm
Lavrovdan Robert Köçəryanla bağlı açıqlama
09:47 28.08.2026
Dünya
Dünən Bakıda güclü küləkdə iki nəfər xəsarət alıb
09:35 28.08.2026
Hadisə
Qızıl və gümüş ucuzlaşdı
09:12 28.08.2026
İqtisadiyyat
Beyonsdan zəlzələdən zərərçəkənlərə böyük dəstək
09:10 28.08.2026
Şou
Ən qısqanc BÜRCLƏR: kimlərin münasibəti risk altındadır?
08:41 28.08.2026
Maraqlı
Paytaxtın bəzi ərazilərində işıq olmayacaq
07:37 28.08.2026
Ölkə
Onlar “Ceyms Bond” roluna namizəddir
07:00 28.08.2026
Şou
2 kilo undan neçə kilo əriştə çıxır?
05:45 28.08.2026
Cəmiyyət
Dünyada insanların 1 faizi bütün əhalidən daha zəngindir: HESABAT
05:05 28.08.2026
Sosial
Qardaşından sonra öz filmini çəkir
03:49 28.08.2026
Şou
Qənd, şəkərlə çay içmək sağlamlığa necə zərər vurur?
03:13 28.08.2026
Sağlamlıq
Vatsapa yeni funksiya gəlir
02:32 28.08.2026
Texnologiya
İran ABŞ-ni iqtisadi maraqlarına zərbə vurmaqla hədələdi
01:57 28.08.2026
Gündəm
Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü
01:11 28.08.2026
Cəmiyyət
Altı Aİ ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
00:31 28.08.2026
Dünya