Sabir Rüstəmxanlı: Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər
Sabir Rüstəmxanlı: Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər
09:45 29.03.2024
Sosial
428
Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər.
“Report”un məlumatına görə, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
O, ailə məsələsi, gender proqramlarının, ailə institutunun nizamlanmasının və s. nəyə xidmət etdiyini, hansı gizli layihənin bir hissəsi olduğunu başa düşə bilmədiyini söyləyib: “Uşaq pulunu kəsməklə həmin proqramlara, layihələrə dolayı yolla dəstək göstərmiş oluruq. Düşünürəm ki, bütün əhalinin təqaüd yaşının azaldılmasına nəzər salmaq lazımdır. Təqaüd yaşının 65-dən 60-a endirilməsi istənilir. Ümumiyyətlə anaların, qadınların pensiya çıxmaq yaşını azaltmaq lazımdır. Dövlət idarələri bu barədə düşünməlidir. Hər halda 62-65 yaş Azərbaycanda təqaüdə çıxmaq üçün çox yüksəkdir. Biz deyirik ki, uzunömürlülər vətəniyik, amma bu da artıq nağıl kimi keçmişdə qaldı”.
S.Rüstəmxanlı vurğulayıb ki, ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur: “Uşaq pullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə deyib ki, dünyanın heç bir ölkəsində pensiya yaşının azaldılmasına qanunvericilik səviyyəsində baxılmır, əksinə pensiya yaşının yüksəldilməsi müzakirə edilir: "Çünki uzunömürlülük artır. Hazırda Azərbaycanda 1 milyon 100 min pensiyaçı var. 6 ildən sonra pensiyaçıların sayı 1 milyon 300 min nəfərə çatacaq, 2040-ci ildə 1 milyon 600 min nəfər olacaq. Yəni insan ömrünün uzanması ilə bağlı məsələlər gedir”.
Deputat qeyd edib ki, muzdlu qaydada çalışan insanların sayı artmalıdır: “5 milyon 300 min iqtisadi fəal əhali var, yalnız 1 milyon 700 min nəfəri muzdlu qaydada əmək müqaviləsi bağlayıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət