
Sosioloq: Dayə seçimi edərkən tələsmədən qərar vermək lazımdır
12:59 08.02.2024
Sosial
502
Bakıda vəzifəli qadının əkiz övladlarını döyən dayə ilə bağlı məhkəmə qərar verib. Afaq Əhmədpaşayeva 1976-cı il təvəllüdlü Sənubər (şərti-ad) adlı qadını 2023-cü il təvəllüdlü əkiz övladlarına baxılması üçün dayə tutub. Sənubər 5 il dayə fəaliyyəti ilə məşğul olub. O, bir ay müddətində Səbail rayonunda yaşayan Afaq Əhmədpaşayevanın evində iki azyaşlı uşaqlarına dayəlik edib. Əkzilərin anası övladlarının bədənində xəsarət izlərinin olmasından narahat olmağa başlayıb. O, mənzilin müşahidə kameralarına baxan zaman məlum olub ki, uşaqlarından biri ağladığı üçün baxıcı qadın onların başına əli ilə vurub və onlra fiziki xəsarət yetirib. Afaq Əhmədpaşayeva dərhal dayə ilə bağlı Daxili İşlər Nazirliyi Səbail Rayon Polisi İdarəsinin 41-ci Polis Bölməsinə şikayət ünvanlayıb. Dayə barəsində İnzibati Xətalar Məcəlləsinin 157- ci maddəsi protokol tərtib olunaraq, iş məhkəməyə göndərilib. Məhkəməyə təqdim edilən videogörüntüyə baxış keçirilib. Müəyyən edilib ki, dayə gecə saat 00.30-da azyaşlı uşaqların birinin baş nahiyəsinə əli ilə şillə vurub.Məhkəmədə təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, azyaşlını vurduğunu təsdiqlədiyini, lakin xəsarət yetirmədiyi bildirib. Buna görə uşaqların anasından üzür istədiyini deyib.
Hadisə ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, dayə mövzusu tək bizim ölkənin deyil, bütün dünyanın ən böyük problemlərindən biridir:

"Çünki zorakılıq göstərən insanın milliyəti və böyüdüyü cəmiyyət fərq etmir. Ümumilikdə zorakılığa meyilli olan biri olduğu yerdən asılı olmayaraq, bunu göstərəcək. Valideynlər övladlarının həyatını dayəyə əmanət edir. Bu səbəbdən də ciddi araşdırma aparmaq lazımdır. Dayə seçimi edərkən tələsmədən qərar vermək lazımdır. Fikrimcə, uşaq baxıcısındansa, baxçalara üstünlük vermək lazımdır. Xüsusilə də dövlət uşaq baxçalarının fəaliyyətini müsbət qiymətləndirmək mümkündür. Burada zorakılıq tətbiq olunan bəzi kadrlar yayılsada unutmamaq lazımdır ki, həyatda heç nə və heç kimsə mükəmməl deyil. Ona görə alışmaq lazımdır ki, dünya müxtəlif xarakterli insanların yaşadığı yerdir. Yəni, fərqinə varmalıyıq ki, hamı yaxşı deyil və tədbiri əldən vermək olmaz. Ümumiyyətlə, zorakılığa əl atan biri bunu səbəbə görə etmir, həmin şəxsin təbiəti bu cürdür. Ailəsində problem olduqda və yaxud hansısa problemlə qarşılaşdıqda aqressiyasını bu tərzdə biruzə verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya
Bu gün işdən 1 saat tez çıxacaqsınız
11:07 26.05.2026
Cəmiyyət
Zənginləşdirilmiş uran ya dərhal ABŞ-a veriləcək, ya da… - Tramp
10:57 26.05.2026
Dünya
Paşinyan: Onlar rüsvayçı şəkildə məğlub olacaqlar
10:47 26.05.2026
Gündəm