
Sosioloq: Müasir dünyanın insanlığa zidd çarxı əhali artımının qəsdinə durur
12:53 14.11.2024
Sosial
493
Rusiya Dövlət Duması plenar iclasında şüurlu şəkildə uşaq sahibi olmaqdan imtina etmənin təbliğatına ("childfree" hərəkatı) görə inzibati cəzaların tətbiq edilməsi haqqında qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib.
Oxu.az xəbər verir ki, bu barədə TASS-a istinadən məlumat yayıb.
Qanun layihəsi qeyri-ənənəvi cinsi münasibətlərin və cinsiyyətin dəyişdirilməsinin təbliğatına görə cəzaların analoqu olaraq Dövlət Dumasına təqdim edilib.
Sənədə əsasən vətəndaşlara 100 min rubla (1.7 min manat) qədər, vəzifəli şəxslərə 200 min rubla (3.5 min manat) qədər, hüquqi şəxslərə isə 1 milyon rubla (17.4 min manat) qədər cərimə və ya 90 günədək inzibati fəaliyyətin dayandırılması cəzası nəzərdə tutulur.
Əgər təbliğat yetkinlik yaşına çatmayanlarla bağlı aparılırsa, cərimələrin həddi iki dəfə artırılır. KİV-də və ya internetdə belə fikirlərin təbliği üçün vətəndaşlara 200 min rubla qədər, vəzifəli şəxslərə 400 min rubla (6.9 min manat) qədər, hüquqi şəxslərə isə 4 milyon rubla (69.6 min manat) qədər cərimə nəzərdə tutulur.
"Childfree" təbliğatına görə maksimum cərimə 5 milyon rubl (86.9 min manat) təşkil edəcək.
Bu, yetkinlik yaşına çatmayanlar arasında internet və ya KİV-dən istifadə etməklə uşaqsızlığı təbliğ edən hüquqi şəxslərə şamil olunacaq. Bu halda vətəndaşlara 400 min rubla qədər, vəzifəli şəxslərə isə 800 min rubla (13.9 min manat) qədər cərimə nəzərdə tutulur.
Mövcud sanksiyalar xarici vətəndaşlara da şamil ediləcək. Belə hərəkətlərə görə onlara 100 min rubla qədər cərimə və ya Rusiya ərazisindən inzibati çıxarılma, yaxud 15 günədək həbs və Rusiyadan çıxarılma cəzası nəzərdə tutulur. Söhbət yetkinlik yaşına çatmayanlar arasında və ya internetdən və KİV-dən istifadə etməklə təbliğatdan gedirsə, cərimə 200 min rubla qədər təşkil edəcək. Bu halda da deportasiya nəzərdə tutulur. Yetkinlik yaşına çatmayanlar arasında təbliğat eyni zamanda internet vasitəsilə aparılarsa, xarici vətəndaşa ölkədən çıxarılma ilə yanaşı, 400 min rubla qədər cərimə nəzərdə tutulur.
Sosioloq Mətanət Məmmədova "Sherg.az"a söyləyib ki, Rusiya Dövlət Dumasının plenar iclasında şüurlu şəkildə uşaq sahibi olmaqdan imtina etmənin təbliğatına görə inzibati cəzaların tətbiq edilməsi haqqında qanun layihəsinin qəbul edilməsi və qanun layihəsinin qeyri-ənənəvi cinsi münasibətlərin, cinsiyyətin dəyişdirilməsinin təbliğatı üçün cəzaların analoqu olaraq Dövlət Dumasına təqdim edilməsi həqiqətən də təqdirəlayiq haldır:

"Bildiyimiz kimi, bu gün bir çox dünya ölkələri adıçəkilən problemlərlə üzləşir. Bunun əsasını isə minlərlə uşaq ölümünü, yarımçıq doğuşları, anormal uşaqların dünyaya gəlməsini özündə birləşdirən erkən nikahlar təşkil edir. Müasir dünyanın insanlığa zidd çarxı əhali artımının sağlam olması qəsdinə durur. Sosial şəbəkələrin və sosial medianın hər kəs üçün əlçatanlığı bu cür ünsürlərin geniş təbliğat aparmasına yol açır. Bu da təbii ki, bəşəriyyətin gələcəyi üçün zərərlidir. Odur ki, bu cür təbliğatların aparılması və buna sövqetmə ilə məşğul olanların cərimələnməsi, əlbəttə, insan amilinə dəyər verən bütün cəmiyyətlər tərəfindən müsbət qarşılanmalıdır".
Ekspertin söyləyib ki, erkən nikahların qarşısının alınması barədə bu il ölkəmizdə Milli Məclis tərəfindən qanun lahiyəsinin qəbul edilməsi məhz, elə bu məsələnin özəyini təşkil edir:
"Nikah erkən deyil, öz vaxtında baş tutmas; ailənin uşağın doğulması və böyüməsi üçün həm psixoloji, həm maddi, həm də emosianal baxımdan hazır olması deməkdir. Deməli, erkən nikahlarn ləğvi ilə ölkəmiz bu məsələyə Rusiyadan əvvəl münasibət göstərib. Digər tərəfdən, bu gün dünyanını bəzi ölkələrinin adi hal kimi baxdığı qeyri-ənənəvi cinsi münasibətlər və cinsiyyətin dəyişdirilməsi halları bəşərəriyyətə, yaranışa, Tanrıya qarşı sayqısızlıq, əks çağırışdır. Düşünürəm ki, hər iki məsələ ilə bağlı cərimələrin tətbiqi alqışalayiqdir. Və bu cərimələr ən yüksək məbləğdə olmalıdır. Qanun layihəsi sayəsində qonşu və digər dövlətlər də bu məsələni nəzərdən keçirə və bu sahədə qanunları möhkəmləndirə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm