Tural İrfan: Şuşa azad edildikdən sonra İlham Əliyev böyük məscidin əsasını qoydu
14:27 06.04.2024
Sosial
946
“Ulu Öndər Heydər Əliyev dini, milli-mənəvi dəyərlərmizə çox böyük önəm və diqqət verirdi. Müstəqillik dövründən əvvəl Heydər Əliyev Sovet imperiyasında yüksək vəzifələrdə çalışarkən da Azərbaycandakı ziyarətgahların, mədəni dəyərlərə xas abidələrin qorunmasında müstəsna rolu vardır. Heydər Əliyevin Müstəqillik qurulduqdan sonra da milli-mənəvi dəyərlərimizin inkişafında əməyi danılmazdır”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında ilahiyyatçı Tural İrfan Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respubilikasının Prezidenti İlham Əliyevin İslam dininə verdiyi töhfələrdən danışarkən deyib.
O bildirib ki, müsəlman ölkələrilə əlaqələrin qurulması, Bakı İslam Universitetinin təsis edilməsi, İlahiyyət fakültəsinin Bakı Dövlət Universitetində failiyyət göstərməsi Heydər Əliyevin təşəbbüsü ilə bağlıdır:
“Ulu Öndər tərəfindən ölkəmizdə olan dini icmalarla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Həmçinin bir çox ziyarətgahlar tikildi və bərpa edildi. Qarabağın azad edilməsi isə Allahın qisməti ilə Prezident İlham Əliyevin dövrünə təsadüf etdi. Şuşa azad edildikdən sonra İlham Əliyev böyük məscidin əsasını qoydu. Kilsələr, alman abidələri keçmiş tanrıçılıq dininə aid olan ziyarətgahların yenidən təmir edilməsi və din xadimlərinin oraya təsis edilmə işləri hazırda aparılır. Cənab Prezident Ulu Öndərin ideologiyasını davam etdirərək dinimizin inkişafına öz töhfələrini verməkdə davam edir. İlham Əliyevin apardığı dövlət siyasəti nəticəsində insanlar tolerant və multikultural dəyərlərə önəm verərək ölkəmizdə dini dəyərlərin inkişafında fəailiyyət göstərirlər”.
T.İrfan vurğulayıb ki, azad olunmuş bölgələrdə dini ibadətlərin keçirilməsi, Qurani-Kərimin və azanın oxunması çox təqdirəlayiq haldır:
“Eynilə insan yaşayan ərazilərdə iftar süfrələrinin açılması çox gözəldir. Biz 30 il ərzində torpaqlardan məhrum olduğumuz kimi bölgələrimizdəki ziyarətgahlarımızdan və dini ocaqlarımızdan da uzaq düşmüşük. Həmin ərazilərdə dünyasını dəyişmiş seyid və alimlərin məzarları var ki, biz həmin insanların qəbrini ziyarət etməkdən məhrum olmuşuq. Çalışmaq lazımdır ki, dinimiz təbliğatı və təşviqatında xarici təsirlərin sirayəti müşahidə edilməsin. Əvvəllər orada müxtəlif azanlar oxunurdu. Ona görə də bu məsələyə ciddi nəzarət olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pivə qan damarları üçün faydalıdırmı?
08:20 27.05.2026
Sağlamlıq
“17 yaşımda striptiz-klubda işləyirdim”
07:51 27.05.2026
Şou
Avropaya səyahət edənlərin NƏZƏRİNƏ...
06:43 27.05.2026
Maraqlı
Çox yatmaq hansı xəstəliklərdən xəbər verir?
04:42 27.05.2026
Sağlamlıq
Cazın əfsanəsi dünyasını dəyişdi!
04:04 27.05.2026
Şou
Kütləvi işsizlik gözlənilir? - "OpenAI" rəhbəri danışdı
03:33 27.05.2026
Texnologiya
“Real Madrid”də prezident seçkilərinin vaxtı açıqlanıb
02:54 27.05.2026
Futbol
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib
00:40 27.05.2026
Dünya
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:17 27.05.2026
Cəmiyyət
İsrail HƏMAS-ın yeni liderini olduğu bazaya hücum etdi
23:59 26.05.2026
Dünya
İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
23:11 26.05.2026
Rəsmi
Mahmud Abbas İlham Əliyevi təbrik edib
22:38 26.05.2026
Rəsmi
Netanyahu: İsrail Livanda əməliyyatı genişləndirir
21:51 26.05.2026
Dünya
Şərif Ərdoğanla regional məsələləri müzakirə edib
21:38 26.05.2026
Region
Ceyhun Bayramov və İshaq Dar bu məsələləri müzakirə ediblər
21:26 26.05.2026
Siyasət