Vətəndaş hər hansı torpaq sahəsi üzərində tikintini necə apara bilər? - EKSPERTDƏN RƏY
Yusif Nəzərli
10:09 11.11.2024
Sosial
611
Həyətyanı sahələrində kiçik tikinti işləri aparmaq istəyən bəzi vətəndaşlar problemlərlə üzləşirlər.
Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri isə tikilinin qanunsuz olduğunu və sökülməsini tələb edirlər.
Bəs bu məsələ qanunla necə tənzimlənir?
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hər hansı bir tikinti işinin aparılması üçün öncə sənədləşməli və layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılmalıdır. Bu qanun sadəcə fərdi evlərə deyil, mənzillərə də aiddir.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a açıqlamasında qeyd edib ki, mövcud qanunvericiliyə əsasən vətəndaşlar hər hansı torpaq sahəsi üzərində tikinti işlərini aparmaq üçün ilk növbədə həmin torpaq sahəsinin çıxarışı olmalıdır:
“Bunlar olduqdan sonra mövcud normalara əsasən torpaq sahəsi üzərində tikinti işləri apara bilərlər. Hər hansı tikinti işlərinin aparılması üçün minimum 60x40 nisbət olmalıdır. Yəni ortalama 100 kvadrat torpaq sahəsi üzərində maksimum 40 kvadratlıq tikinti işləri aparılmalıdır. Torpaq sahəsi böyüdükcə tikinti sahəsini də bu nisbətə əsasən genişləndirmək olar. Tikinti işlərinin aparılması üçün vətəndaş ilk növbədə tikəcəyi əmlakın layihəsini çəkdirir və layihəni adiyyatı üzrə sistemə yerləşdirərək həmin sistem vasitəsilə həm Dövlət Şəhərsalma Arxitekturası görə bilir, həm də yerli rayon İcra Hakimiyyətinin memarlıq şöbəsi layihəyə elektron sistem üzərindən baxış keçirir. Əgər bütün çəkilmiş layihə normalara uyğundursa, 15 iş günü ərzində vətəndaşa hər hansı imtina gəlməzsə, vətəndaş tikəcəyi fərdi yaşayış evinin inşasına başlaya bilər. Bundan əlavə vətəndaşın torpaq sahəsi üzərində fərdi yaşayış evi varsa, əgər həmin fərdi yaşayış evində hər hansı konstruktiv dəyişikliklər etmək istəyirsə, yenidən layihə çəkilməli və adiyyatı üzrə elektron sistem vasitəsilə xəbərdalıq üçün həmin layihəni elektron sistemə yerləşdirərək sadaladığım qurumlar baxış keçirməlidir. Əgər həmin tikinti işləri qanuna uyğun aparılırsa, onlara icazə verilir. Əks halda vətəndaşın apardığı tikinti işləri normativ aktlara uyğun deyilsə və əraziyə çıxarış yoxdursa, həmin tikintinin dayandırılması ilə bağlı Rayon İcra Hakimiyyətinin şöbələri tikintinin dayandırılmasına tələb edə bilərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi