Əməkdar artist aparıcılıqdan uzaqlaşdırıldı

Əməkdar artist Almaz Ələsgərli “Space” TV-də yayımlanan “Onda başladıq” verilişindən uzaqlaşdırılıb.

Məlumatı dəqiqləşdirmək üçün Lent.az -ın əməkdaşı verilişin digər aparıcısı Kamran Həsənli ilə əlaqə saxlayıb. K.Həsənli xəbəri təsdiqləyib:

“Bildiyiniz kimi, Almaz xanım aparıcılıqla yanaşı, teatrda da fəaliyyət göstərirdi. Teatr və efiri eyni anda çatdıra bilmədi. İşlərinin çox olduğuna görə verilişdən getdi”.

Xatırladaq ki, A.Ələsgərlinin yerinə verilişi K.Həsənli ilə bərabər müğənni Sədaqət Ulduz aparacaq.

Qeyd edək ki, A.Ələsgərli 2 ay öncə aparıcılığa başlamışdı.