Əmrahın oğlu Survivora qatılır


“Tv8” telekanalında yayımlanan “Survivor” yarışmasının iştirakçılarından birinin adı açıqlanıb.

Axşam.az xəbər verir ki, bu türkiyəli müğənni Əmrahın oğlu Tayfundur. O, “Gönüllülər” komandasında iştirak edəcək.

Xəbər sosial şəbəkə izləyiciləri arasında böyük maraq doğurub.

Onlar “Oğluna sahib çıxmayan Əmrahın övladına Acun sahib çıxdı”, “Afərin Acuna”, “Çox sevindim, bu uşaq cox haqsızlıqlar görüb”, “Çempion olarsan inşallah” kimi şərhlər yazıblar.

Qeyd edək ki, övladından imtina edən Əmrah 10 il davam edən məhkəmədən sonra Tayfunu himayəsinə götürüb.