Dilarə Kazımova: "Arxivimdə çılpaq fotolarım var" - FOTO

“Belə fotoları çəkdirməmişdən öncə onlar üzərində işlər gedir. Götür-qoy edirik. Geyim, saç, makiyajı müəyyənləşdiririk. Mən özümü fərqli obrazlarda görmək istəyirəm. Bir obrazda olmaq istəmirəm. Həyatımın elə bir dönəmində, ab-havadayam ki, yalnız dəyişilmək istəyirəm. Bu dəyişiklikləri tək özüm üçün yox, sənət üçün də edirəm. Heç kimin sözünə qulaq asmıram. Yalnız özümə qulaq asıram”.

Bu sözləri estradamızın parlaq və cazibədar müğənnisi Dilarə Kazımova Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib. Açıq-saçıq fotoları ilə gündəmi alt-üst edən sənətçi izləyicilər tərəfindən yazılan tənqid və təhqirləri oxumadığını bildirdi:

“Çalışıram ki, mənə yazılan şərhləri oxumayım və onlara türklər demişkən “takılmayım”. Rəylər arasında müsbətlər mənfidən daha çoxdur. “Instagram” hesabımı özüm yox, komandam idarə edir. Lazımsız, təhqir dolu şərhlər də silinir. Çalışıram ki, “direkt”imə gələn mesajları özüm cavablandırım. Heç kim məni sevməyə məcbur deyil. Sevənim də, sevməyənim də var. Sevənlərim çoxalır”.



Bir neçə gün öncə sosial media hesabında paylaşdığı biri-birindən ehtiraslı və seksual fotoları ilə ağılları başdan alan Kazımova həmin şəkilləri məşhur “Vogue” jurnalı üçün çəkdirdiyini diqqətə çatdırdı:

“Fotoqraf müraciət etdi və şəkillərimi çəkmək istədiyini bildirdi. Mənim üçün onun kamerası önündə necə görünəcəyim çox maraqlı idi. Fotoları çəkəndən sonra çox razı qaldım. O mənim nə istədiyimi bilir. Gözəl iş çıxara bildik. İtaliyanın məşhur “Vogue” jurnalının saytında həmin şəkillər yer alacaq. Buna görə çox xoşbəxtəm. Onu da deyim ki, həmin şəkillər fevral ayında yayıma çıxacaq”.

Şou-biznesin dilli-dilavər müğənnisi Dilarə jurnallar üçün çılpaq fotoları çəkdirməyəcəyini desə də, illər öncə tam çılpaq fotosessiya etdirdiyini dilə gətirdi:



“Açıq-saçıqlığın da dərəcəsi var. Sərhədləri aşmaq olmaz. Amma tam çılpaq fotosessiyaya əlbəttə ki, razılaşmaram. Komandamızla bir iş görəndə şərtlərimizi irəli sürürük. Çalışırıq ki, qoyduğumuz şərtlərdən kənar çıxmayaq. Bizə o tərzdə fotosessiya təklif olunsa, çalışacağıq ki, onlarla kompromisə gələk. Yəni, əynimdə geyim olsun. Onu da deyim ki, arxivimdə çılpaq “topless” fotosessiyam var. Çoxdan çəkdirmişəm. O şəkillər sırf mənə aiddir. Onları heç kim görməyəcək. 20-30 ildən sonra o fotolara baxıb, necə gözəl olduğumu bir daha yadıma salacağam”.