Məşhur aktyor 16,8 il müddətinə azadlıqdan məhrum olundu - FOTO

Türkiyədə narkotik əməliyyatı çərçivəsçində həyata keçirilən həbs zamanı altı polisi yaralamaqda təqsirli bilinən məşhur aktyor Adnan Koç və qardaşlarına hökm oxunub.

Bu barədə “GazetaVatan” xəbər yayıb.

Bildirilir ki, Adnan Koç və qardaşı Əhməd Koç 16,8 il, digər qardaşları Mehmet Hayri Koç 17,6 il müddətinə azadlıqdan məhrum olunublar. Aktyorun qohumu Şeymuz Koç və Mehmet Pınarbaşı isə hər biri dörd il 9 ay 15 gün müddətinə həbs olunublar.

Qeyd edək ki, Adnan Koç “Muhteşem Yüzyıl” serialında “Bəhram paşa” rolu ilə tanınmışdı.