“Qadın üçün pullu ər ən güclü kişidir”
“Əfsuslar olsun ki, hazırda qadınlar əlçatandır”
“Qadın açıq geyinib özünü reklam edir, görürsən ki, bu, özünü satışa qoyub”
“Cavan oğlandır “Tik-tok”da kameranın qarşısında durur. Göz süzdürür, dodağını dişləyir”
“Bizdə kişilər, restorana gedəndə stola pul qabı, açar atırlar”
“Sənətdə olduğum 12 il müddətində belə bir video çəkməmişəm, ilk dəfədir ki, canlı yayına çıxıram. Ürəyim doludur, sizinlə dərdləşmək istədim. Öncə sizə maraqlı bir əhvalat danışım. Maşınla evə qayıdırdıq, yol polisi saxladı. Özü də tanış idik. Dedi ki, Çingiz, sənə video göstərəcəm. Nə isə telefonda axtardı. 8 martda qadınları təbrik eləmişdim. Demişdim ki, öz qədrinizi bilin, özünüzü sevin, istifadə olunmayın, kişilərə aldanmayın və sair. Soruşdu ki, niyə belə demisən? Gözlərinin içinə baxıb cavab verdim ki, indiyə qədər kiməsə ümid verib onu doğrultmadığınız olmayıb? Təbii ki, bu həyatdır. Bizim kişilər, Avropaya və digər millətlərə baxanda daha temperamentlidir, qadına düşkündür. Bu xüsusiyyət türklərə də aiddir”.
“Sherg.az” xəbər verir ki, bu sözləri tanınmış müğənni Çingiz Mustafayev rəsmi İnstaqram səhifəsində açdığı canlı yayında deyib. O fikrini davam etdirərək, bunları söyləyib:
“Əlbəttə bu pis bir şey deyil, amma hərdən bəzi kişilər qadınlardan istifadə edirlər. Bu heç də yaxşı hal deyil. Çünki bir qadını, qızı böyütmək üçün onun ailəsi nə qədər zəhmət, əziyyət sərf olunur. Fikirləşirlər ki, böyüyəcək ya həkim olacaq, ya da nə isə. Ona görə demişəm ki, aldanmayın, istifadə olunmayın. Baxırsan kişilər ümid verirlər ki, ev , maşın alacam. Bizdə xoşlayırlar axı kişilər, restorana gedəndə stola pul qabı, açar atırlar. Həm də psixoloji cəhətdən düşünəndə qadın üçün güclü pullu ər güclü kişdir. Bu, ilk insan yaranandan belədir. Qadın fikirləşir ki, uşağımın atası o olar, mənə baxar, ailəsini qorumağı bacarar. Normaldır, amma bundan istifadə edən kişilər olur”
Ç.Mustafayevin qənaətincə, əfsuslar olsun ki, hazırda qadınlar əlçatandır:
“Artıq kişilərin gözü ilə baxanda vəziyyət acınacaqlıdır. O qədər özlərini ucuz göstərməyə başlayıblar ki... Təbii ki, hər kəsə aid deyil. Amma İnstaqram çıxan gündən, hər il daha da bərbadlaşır. Hər şeyə normal baxmağa başlamışıq. Üzür istəyirəm bir qadın uyğunsuz şəkillər paylaşır, video çəkir, əxlaqsız danışır. Hər şey o qədər normal olub ki... Deyirik, orda nə var ki ? Belə halllara normal yanaşmaq bizi hara aparır? Düzdü, mənə qalmayıb, şəxsi dərdim deyil. Bilirəm yazacaqsınız ki, millət vəkili və ya böyük adam deyilsən. Əlbəttə, bu mənim düşüncəmdir və sırf azərbaycanlıyam deyə belə olmağını istəməzdim. Misal üçün fransız olsa idik, deyərdim ki, həmişə belə olub. Normal qəbul edərdim. Amma biz belə deyildik, 20-30 il qabaq başqa cür idik. Dəyərlərimiz var idi. Ola bilsin içərisində axmaq dəyərlər də mövcu idi. Amma normalları, yaxşıları çoxdur. Belə dəyərlər azaldı, onlara, mentalitetə lağ edən insanlar çoxaldı . Güya avropalı olmağa başladıq, amma inanın belə deyil. Avropadan yaxşı nə götürdük? Məsələn ingilis, yəhudi deyəndə ağıla nə gəlir? Pis bir şey gəlmir düzdür? İstəyirəm ki, azərbaycanlı deyəndə ağla elm, yaradıcılıq gəlsin. Bunu istəməyim normaldır, öz xalqımı sevirəm, arzu edirəm ki, millətim ucalarda olsun”.
Müğənni vurğulayıb ki, “Eurovision”da olduğu müddətdə danışığıma, sözlərinə diqqət edib:
“Fikirləşirdim ki, birdən nə isə səhv deyərəm, kobud alınar. Onda demiyəcəklər Çingiz pisdir, düşünəcəklər ki, azərbaycanlılar belədir. Səhnədən çox bunun həyəcanının keçirdirdim”.
Sənətçinin fikrincə hazırda vətənimizi digər ölkələrdə pis tanıdan populyar vətəndaşlar çoxdur:
“ Həmin adamlar xarici mediada da görünürlər. Əfsuslar olsun ki, Azərbaycanı nüfuzdan salırlar. Türklərin və başqa insanların gözündə necə görünürük? Bilmirəm. Həmin insanların çoxalması heç yaxşı deyil. Yaradıcı, vətənsevər vətəndaşlar bayrağımızı yüksəldirlər, ölkənin statusunu qaldırırlar. Dövlətimiz pullar yatırır, “Eurovision”, “Formula” və sair kimi layihələr həyata keçirir. Bir tərəfdən də bəzi parazitlər millətimizi gözdən salır”.
Müğənni qeyd edib ki, ulduz olma sevdasını da başa düşmür:
“Hər gün ac qarına 32 dəfə özünü selfi edib çəkmək, paylaşmaq nədir bilmirəm. Niyə hamı məşhur olmaq istəyir? Bilirəm kökündə eqo dayanır.Düşünürlər ki, məni sevsinlər, görsünlər, paxıllıq etsinlər. Ruslarda bir söz var deyir, nə qədər ki, səni qısqanmırlar, xoşbəxt deyilsən. Xoşlayırıq ki, bizə paxıllıq etsinlər. Baxın görün necə gözəl yaşayıram, villam, maşınlarım və sair var. Bir də qadınların yaratdığı obraz var. Hamısına aid deyil. Kimlərdən danışdığımı bilirsiniz. Yaratdıqları ucuz, əlçatan obraz kişilərə şərait yaradır ki, onlardan istifadə etsinlər. Əminliklə deyirəm ki, kişilərin burda heç bir günahı yoxdur. Qadın özünə hörmət qoymayılıdır. Dostum gözəl bir söz dedi: “Qadın özü öz qeyrətini çəkməlidir, qayğısına qalmalıdır”. Əgər xanım özünə fikir vermirsə nə qədər qeyrətli kişi olsa da, heç nə edə bilməz. Niyə bu qədər özlərini ucuzlaşdırırlar? Mənim geyimlə problemim yoxdur. Amma açıq geyinmək müasirlik deyil. Öz təcrübəmdən deyirəm. Dünyanı kifayət qədər gəzmişəm, xaricdə yaşamışam. Biz bu qısa zamanda, 20 ildə çox ölkələri gəzmişəm. Açıq geyinmək müasirlik deyil, bunun başqa adları var, səsləndirmək istəmirəm. İnsan qısa geyinə bilər, amma yerində, məkanında.. belə olan halda gözəl görsənər. Amma yersiz şəkildə nə isə göstərdiyi zaman bilinir ki, özünü reklam edir, görürsən ki, bu, özünü satışa qoyub. Yenə də deyirəm hamısına aid deyil , belələri çoxdur, sayları da getdikcə artır”.
Cavan oğlanlardan heç danışmaq istəmədyini söyləyən müğənni deyib ki, bu mövzu onun yaralı yeridir:
“Bir kişi olaraq bu məni narahat edir. Baxırsan cavan oğlandır, 20 yaşı var, mahnı qoyur “Tik-tok”da kameranın qarşısında durur. Nə isə hərəkətlər edir, göz süzdürür, dodağını dişləyir. Buna baxmaq o qədər iyrənc və pisdir ki... Bunlar çoxdur, böyük məmnuniyyətlə hamısını paylaşardım. Bəlkə 50 belə adam var, həyəcanla izləyirəm. Bilirsiz nəyə görə? Baxıb pis olmuram, analiz edirəm. Görəsən nə fikirləşirlər? Neyronları necə işləyir? Fikrimcə bu ailə tərbiyəsinə də bağlı bir şey deyil. Düşünürsən ki, bunlar evlənəcək uşağı olacaq, onu da belə tərbiyə edəcək. Bunun nə dövlətə, nə ailəsinə heç bir xeyri ola bilməz. Böyük danışıram, bəli. Çünki bu, belədir. Müğənniyəm, icazə verin heç olmasa mən edim, 32 dəfə öz sifətimi paylaşım. Eləmirəm, çünki ehtiyac yoxdur. İşim bu deyil. Əlbəttə, məni görmək istəyənlər var. Amma işim tam olaraq bu deyil”.
Çingiz bəy həmçinin illər öncə iştirak etdiyi məclislərdə başına gələn hadisələrdən də danışıb:
“ Məsələn bir bağda elə müğənnilərlə bir yerdə olmuşam ki.. Çox yaltaqlıqlar görmüşəm. Həmin məclisdə depressiyaya düşmüşəm. Kifayət qədər tanınmış adamlardı. Hamısı elə deyil, amma bu aləmdə keyfiyyətsizlik çoxdur. Gəlib deyiblər ki, belə oturmayın. Bunlar çoxdan olub. O vaxt belə şeylər görməyə hazır deyildim. 18 yaşımda olan söhbətlərdir. Axı mənim işim yaltaqlıq deyil, mahnı oxumağa gəlmişəm. 20 il bundan əvvəl belə deyildik. Ömür boyu ailədə nə görmüşük? Düzdür Atam olmayıb amma nənəm babam, anam müəyyən dəyərləri öyrədib. İndi heç bir dəyər qalmayıb. Bu insanların, qızların atası, qardaşı, əmisi, qohumu yoxdurmu? Hara baxır onlar? Bu sözlərə görə, düzünü deyirəm deyə məndən küsmək lazım deyil. Bilmirəm kimdir günahkar? Yəqin insanlığın özüdür. İstəyərəm ki qadınlarımız ağıllı olsunlar. Amerikada 4 ay yaşadım. Gözəl azərbaycanlılar gördüm. NASA-da və sair yerlərdə işləyirlər. Məsələn ər-arvad var idi, biri Feysbukda, digəri İnstaqramda işləyirdi. Bunlardan nümunə götürün. Sonra deyirsiniz “Avropalaşırıq”. Bu Avropalaşma deyil, geriləmədir. Bilirəm sözlərimdən sonra heç nə dəyişməyəcək Sadəcə sizinlə bölüşmək istədim”.