“Elə adamlar həddindən artıq çoxalıb. Onların da qəlbinə toxuna bilmirik”
“Deyirsən ki, bir-ikisini göndər baxım, Görürsən ki, bərbad vəziyyətdədir”
Bu günlərdə tanınmış bəstəkar, xalq artisti Eldar Mansurov “ATV”n-in “Bağ mövsümü” verlişində qonaq olub. Sənətkar hazırda estrada müğənnilərinin səviyyəsinin aşağı olduğunu söyləyərək şikayətlənib. O əvvəllər yaxşılarla işlədiyini, indikilərin onlarla müqayisəyə gəlmədiklərini dilə gətirib.
Bəstəkarın fikirlərini “Sherg.az”a dəyərləndirən sevilən müğənni Elxan Şirinov deyib ki, Eldar müəllimin təcrübəsi daha çoxdur, müəyyən mənada deyəndəki müasir estradadının səviyyəsi aşağıdır, deməli belədir:
“Amma cavanların axını çoxdur. Hər gün rast gəlirəm, zəng edib deyirlər ki, bir mahnı yazmışam. Soruşuram ki, şeir kimindir? Hansı üslubda yazmısan? Elementar savadı, təcrübəsi yoxdur. Lakin ağlına gələni cızma-qara edir və deyir bəstəkaram. Elə adamlar həddindən artıq çoxalıb. Onların da qəlbinə toxuna bilmirik. İstəmirsən ki, pərt olsunlar. Deyirsən ki, bir-ikisini göndər baxım.
Görürsən ki, bərbad vəziyyətdə olur. Təbii ki, istedadlı uşaqlar, yazanlar var, amma çox azdır. Eldar müəllim yəqin, onları nəzərdə tutur. Vaxtında Eldar müəllimlə kaset hazırlamışıq. O mahnılar tamam başqa cürdür.
Məsələn “Bir dəstə qızılgül” kimi əsərlər var. Baxırsan ki, doğrudan da əsl mahnılardır. Amma çox vaxt estrada mahnılarına tərəf getmirəm. Onlardan istifadə etmirəm”