Meyxanaçı müğənnilərin "musiqili meyxana"ya axınını normal qarşılayır
Son illərin ən çox müzakirə olunan mövzularından biri də müğənnilərin “Musiqili meyxana “ janrına üz tutmasıdır. Hər nə qədər estradanın nümayəndəsi olsalar da meyxansayağı ifalarla çıxış edən sənətçilərin sayı az deyil.
Bu da həm sənətkarların həm də əsl musiqisevərlərin tənqidlərinə səbəb olur.
Onların fikrincə müğənnilərin “musiqili meyxana”ya axını digər janrda yazılan mahnılara, ən əsası Azərbaycan musiqisinə zərər vurur.
Bəs, gəlin görək söz xridarları bu haqqda nə düşünür?
Sualımıza cavab tapmaq məqsədilə tanınmış meyxanaçı Pərviz Bülbülə ilə əlaqə saxladıq. Məsələ ilə bağlı “Sherg.az”a danışan meyxanaçı bu söhbətlərə zaman ayırmadığını söylədi:
“Amma vaxt var idi ki, meyxanaya bir təhər yanaşırdılar. İndi hamı meyxana deyir. Münasibətim də yaxşıdır. Ev yıxmır ki, oxuyub çörək pulu qazanır“.
Şou-biznes aləmində meyxanaçıların müğənnilərə mahnı yazması fikrinə Pərviz bəy isə belə münasibət bildirdi: “Biz mahnı yazmırıq, zümzümə edirik. Mahnı yazmaq bəstəkarın işidir”.