İnstaqramdakı xəbər səhifələri Tolikin tənqid hədəfinə çevrilib
Tanınmış prodüser, aparıcı Tarix Əliyev(Tolik) zaman-zaman sosial şəbəkə hesablarında şou-biznes nümayəndələrini tənqid edir. Anonim şəkildə, ad çəkmədən statuslarda atmacalar yazır. Bu gün isə instaqramdakı xəbər səhifələri Tolikin tənqid hədəfinə çevrilib.
“Sherg.az” xəbər verir ki, aparıcı Türkiyəli müğənni İbrahim Tatlısesin “Bəzi insanlar eynən şar kimidir. Üfürəndə havaya girir. Ya üfürməyəcəksən sönük qalacaq, ya da şişdiyini görüb iynəylə partladacaqsan. Çox dəyər verməyəcəksən” sözlərini dediyi videonu paylaşaraq bunları yazıb:
“İnstaqramda olan bəzi xəbər səhifələri hansısa müğənni, model, aktrisa və sair. Həyatı bilinməyənləri o qədər oxucuların gözündə şişirdiblər ki, insanlar elə bilir ki, ölkədə söz sahibi onlardır. İnanın, pul verib reklam olunurlar. Amma az xəbərləri çıxanlar heç kimə nə pul verir, nə də yaltaqlanır.”