Toppuş bacı ekrana qayıdır

Əməkdar artist  Tünzalə Əliyeva iş başından görüntülərini izləyiciləri ilə bölüşüb


Uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən, yaxın zamanda yenidən vəziyyəti ağırlaşan tanınmış aktrisa, Əməkdar artist  Tünzalə Əliyeva iş başından görüntülərini izləyiciləri ilə bölüşüb. 

Bir vaxt  verdiyi açıqlamada arıqlama əməliyyatından sonra iş təkliflərinin gəlmədiyini, onu  ekranlara  aktrisa  Dilarə Əliyevanın qaytardığını söyləyən  Toppuş bacı gülərüz siması ilə heyranlarını sevindirib.

“Sherg.az” xəbər verir ki, çəkiliş meydançasından həmkarı D.Əliyeva ilə şəklini paylaşan aktrisa “İnşallah, hər şey gözəl olacaq” şərhini yazıb.