Tanınmış şairə, aparıcı Nazilə Səfərli bu gün İnstaqramda oğlu ilə şəklini paylaşıb.
“Sherg.az” xəbər verir ki, aparıcı fotoya bunları yazıb:
“Demə kimin övladısan, göstər kimin valideynisən? Əməyiniz, çörəyiniz itməsin əziz analar. Bala deyəndə ağzınıza bal damlasın. Övlad deyəndə hünəriniz on qat olsun . Allah övlad həsrəti çəkənlərə xeyirli pay versin.
Mənə nə arzu etsəniz Allah sizi o arzuya çatdırsın. Onu da deyim ki, dünən sosial şəbəkələrdə anasını söyən oğul gördük. Qurban olum analara. Oğul boyun yerə girsin!”
Qeyd edək ki, sosial şəbəkədə polis əməkdaşının öz anasını söyməsi ilə bağlı görüntülər yayılıb. Bu görüntülərdən dərhal sonra DİN-dən faktla bağlı araşdırmalara başlandığı bildirilib. Nəticədə Bakı şəhər Dövlət Yol Polis idarəsinin operatoru Kamran Abbasov işdən uzaqlaşdırılıb.