Cütlük barışdı və  övladları ilə birlikdə Qara dəniz turuna çıxıblar


Aktyor Ufuk Bayraktar ilə həyat yoldaşı Merve Bayraktar ailə problemini aradan qaldırıb.
Axşam.az xəbər verir ki, cütlük barışıb. Onlar övladları ilə birlikdə Qara dəniz turuna çıxıblar.

Qeyd edək ki, ötən ay Merve Bayraktar ərinin onu aldatdığını iddia etmiş və boşanma üçün məhkəməyə ərizə vermişdi. "Sənin kimi bir adama bu saatdan sonra inana bilmərəm" deyən Merve onu bağışlayıb.