Bryus Uillisin qızı ilə eşq yaşayır - Foto


"Məni öz adınla çağır" filminin qəhrəmanı Armi Hammer yeni sevgilisi ilə gəzintidə olarkən görüntülənib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, onun yanındakı xanımın Rumer Uills olduğu görülüb.

Rumer Demi Mur və Bryus Uillisin qızıdır. Cütlük Los-Anceles küçələrində qucaqlaşa-qucaqlaşa dolaşıb. Jurnalistlər onlara bunla bağlı sual ünvanlamaq istəsə də, sevgililər cavab verməyib.

İyulda 34 yaşlı Hammer 10 illik həyat yoldaşı Elizabet Çemberlə boşanmağa hazırlaşdığını açıqlamışdı.