Pamela Anderson cangüdəni ilə sevgilidir


53 yaşlı aktrisa Pamela Anderson həyatının son iki ilində yaşadığı xoşagəlməz hadisələrə görə depressiyaya düşmüşdü.

Axşam.az xəbər verir ki, fransız futbolçu ilə yaşadığı qalmaqallı sevgidən və  iki həftə evli qaldığı rejissordan ayrıldıqdan sonra ağır günlər yaşayıb.

Bu günlərdə Pamela yeni eşqə düşüb. O, 40 yaşlı cangüdəni ilə sevgilidir. Cütlüyün bu günlərdə birlikdə karantində qaldığı iddia olunub.

Hazırda cütlük Kanadaya istirahətə yollanıb. Bir dəqiqə belə ayrılmayan sevgililər. "Nəhayət Pamelanın yanında onun qədrini biləcək əsl kişi var. Onunla necə davranacağını bilir. Anderson xoşbəxtdir" deyə, mənbə bildirib.