Kaan Hadisəyə açıq-saçıq libasları qadağa edib


Türkiyəli müğənni Hadisənin bir neçə gün öncə təqdim etdiyi "Küçük bir yol" mahnısı trend olub.

Axşam.az xəbər verir ki, sənətçinin klipi "YouTube"un trend siyahısında ilk sırada yer alıb.

Ekran işini 2 gün ərzində 5 milyona yaxın insan izləyib.

Qeyd edək ki, ekran işində qapalı geyinən aktrisaya sevgilisi Kaan Yıldırımın açıq-saçıq libasları qadağa etdiyi iddia olunub.