İki dəfə evlənib ayrılan Elnar : "Qadınlar olduğu kimi görünsə, kişilər də bilər kim necədir..."

Bir müddət öncə müğənni Səidə Sultan Tolikin "Günə bir şou" verlişindəki "Əgər ailə qurmaq istəsəm, bura uzun geyinib gələrdim" açıqlaması ilə müzakirə olunub. 


"Sherg.az" xəbər verir ki, həmin verlişdən S.Sultanın videosu Instaqramda paylaşılıb. Sosial şəbəkə istifadəçiləri müğənini fikirlərinə görə tənqid ediblər. Həmkarı Elnar Xəlilov isə onu dəstəkləyərək bu rəyi yazıb:

"Komentləri oxudum, kimsə nə isə başa düşməyib. Vay vay... Bizim millətin təfəkkürü hara gedir belə? Səidə deyir ki, bu gün əksəriyyət özünü abırlı göstərmək və ərə getmək üçün uzun geyinir. Qısa geyinməklə düz edirəm də demir. Söyləyir ki, necəyəmsə, eləyəm. Yəni ay millət, hamı olduğu kimi görünsə, kişilər də kim necədir bilər. Yoxsa yalandan evlənənə qədər "Hə, aşkım, sən deyəndi" deyirlər, sonra ailə dağılır".