Tolqahan hamilə arvadı və oğlunu da yoluxdurdu

Ötən həftə mutasiaya uğrayan virusa yoluxan aktyor Tolqahan Sayışmanın müalicəsi davam etdiyi vaxtda ailəsi də Covid-19-a yoluxub.
Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, Tolqahanın 7 aylıq hamilə arvadı Almeda Abazini və bir yaşlı oğlu Efehanı da virusa yoluxdurduğu məlum olub.

Onlar koronavirus testləri müsbət çıxdığından təcili olaraq karantinə alınıblar.