Burcu psixoloqa getdiyini etiraf edib

Aktrisa Burcu Biricik maraqlı açıqlaması ilə gündəmə gəlib.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, verilişlərdən birinə qonaq ola aktrisa aparıcının "Bu günə qədər psixoloqa müraciət etmisiniz" sualına verdiyi cavab hərkəsi təəccübləndirib. O, yeni ekran işlərinə çəkilməzdən əvvəl psixoloqa getdiyini etiraf edib:

"Hər zaman özümüzdən pis vəziyyətdə olanlara baxıb şükr edirik. Amma bir dərdim ya da problemim olarsa mütləq psixoloq seanslarına qatılıram. Lakin indi daha tez tez gedirəm. Hətta hər seriala çəkilməzdən əvvəl mütləq psixoloqa müraciət edirəm".

Qeyd edək ki, Burcu yaxın zamanlarda ekranlara gələcək "Camdakı kız" serialında baş rolu canlandırır.