Müğənni
Baloğlan Əşrəfov ARB Tv-nin “Səhər-səhər”
verlişində səhhəti ilə bağlı problemlər yaşadığı günlərdən danışıb.
“Sherg.az”ın məlumatına görə o, çətin vaxtlarında
yanında olan dostlarından bəhs edib:
“Türkiyədə xəstəxanada olarkən Manaf Ağayev mənimlə
bəlkə 60 dəfə əlaqə saxlayıb. Allah canını sağ eləsin. Məni darıxmağa qoymurdu.
Yanımda olan insanlar sağ olusunlar. Elələri
də var idi ki, çörək vermişdim, döyünən ürəkləri idim. Amma onlardan səs
çıxmadı. İkinci həyatımda bildim nə var, nə yox.Mənə zərrə qədər də dua edən
hər kəs sağ olsun ”.
Verlişin qonağı olan M.Ağayev isə B.Əşrəfovun komada
ikən yanında olduğunu söyləyib:
“Onu Bakıdan yola saldıq. Elə vəziyyətdə idi ki,
qayıdanda belə görəcəyimə inanmırdım”.