Vüqar ilk meyxanasını kimin toyunda deyib? – Anası açıqladı 

Tanınmnış söz ustadı Vüqar Əbdülov ilk dəfə əmisi oğlunun toyunda meyxana deyib.

“Sherg.az” xəbər verir ki, bunu meyxanaçının anası Əzizə Xanım Nanə Ağamalıyevanın “Günün sədası” verlişinə telofonla bağlanaraq söyləyib.

O, meyxanaçının uşaqlıq illərindən Nəsiminin, Füzulinin qəzəllərini oxuduğunu bildirib. Əzizə xanım deyib ki, V.Əbdülovun atası da müəllim kimi çalışıb.

 Hətta anası həmin toydan sonra meyxanaçıya  “Bu sənətə davam edə biləcəksənmi?” deyə sual verib. Söz ustadı isə yaşının az olmasına baxmayaraq anasına meyxana deməyin onun üçün çox asan olduğunu söyləyib.