10 günə doğumdan əvvəlki bədən quruluşunu bərpa etdi - FOTO

Eser Yenenlerlə evli olan Berfu Yenenlər 10 gün əvvəl ikinci dəfə ana olub.

Sherg.az  axşam.az-a istinadən bildirir ki, Berfu doğumdan cəmi 10 gün keçməsinə baxmayaraq əvvəlki fit bədən qurluşuna sahib olub.

O, İnstaqram hesabında yeni çəkdirdiyi fotosunu paylaşaraq bunları yazıb:

"İlk hamiləliyimdən sonra nə qədər güclü bədənim olduğuna inana bilməmişdim. Hələ də elədir. Qadın olmaq nə gözəldir. Hər zaman özümüzü çox sevək. Bizi sevməyənləri isə həyatımızdan göndərək".