"Balaş, mənim saçlarımı niyə belə oxşamırsan?" - Xatun HƏR KƏSİ KÖVRƏLTDİ - VİDEO

Xəbər verdiyimiz kimi bir müddət əvvəl müğənni Xatunun stilist qardaşı Balaş dünyasını dəyişib. Onun ölümünə səbəb qan xərçəngindən əziyyət çəkməsi olub.

"Sherg.az"  BiG.AZ-a istinadən xəbər verir ki, müğənni Xatun Balaşın yeni videosunu sosial media hesabında paylaşıb.

"Dedim Balaş, mənim saçlarımı niyə belə oxşamırsan?" yazan Xatun bu sözləri ilə hər kəsi kövrəldib. O paylaşımında qardaşı ilə olan xatirəsini izləyiciləri ilə bölüşüb.

İzləyicilər rəy bölümündə kədərlərini ifadə edərək, Balaşa rəhmət diləyiblər.

Həmin paylaşımı təqdim edirik: