Xalq artistləri Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bahalı geyimləri ilə gündəmə gəliblər.
Onların günlük stillərindəki brend paltarlarının qiymətləri hər kəsi təəccübləndirib.
![](https://sherg.az/uploads/editor/a16601fda23ab70072dbc4f4e56848a8.jpg)
“Sherg.az” xəbər verir ki, Zülfiyyə Xanbabayevanın geyindiyi “Fendi” markalı botların qiyməti 1870 AZN-dir. Eyni brend olan eynəyi isə təxminən 807 manatdır. Çatnasının markası “LANVİN”-dir və qiyməti 3755 AZN-dir.
Aygün Kazımovanın isə botları “Real Mr Valentino”dandır və təxminən 1946 manatdır. Çantası isə “Louis Vuitton” brendindəndir və 4624 AZN-dir. Eynəyi isə “Dolce Gabbana”dandır və 289 manatdır.
![](https://sherg.az/uploads/editor/9d166646da03a8a002289746716d4486.jpg)