“Stulda bir nəfər oturmuşdu, qucağında başqa adam var idi. Əlavə də baş gördüm, saz da aşağıda idi. Anlamadım, mən toya baxırdım, yoxsa sirkə?! Mübariz mənim canım-gözümdür. Amma doğrudan da sazla belə rəftarı ilə razılaşmıram”.
![](https://sherg.az/uploads/editor/905371db32d7b085e6bdac4c15edc1e0.jpg)
“Sherg.az” xəbər verir ki, bu sözləri “6/8” verlişində aparıcı Mətanət Əliverdiyeva aşıq Mübariz Camaloğlunun qalmaqallı videosu haqqında deyib. Proqramın qonağı Aşıq Əli isə həmkarının davranışına belə münasibət bildirib:
“Saz bizim kökümüzdür, soyumuzdur. Hər kəs öz səviyyəsində sənətini təbliğ edir”.