Gülay Zeynallıdan kədərli notlar:"...Ayıldım ki, sən yoxsan"

Müğənni Gülay Zeynallı yaxın günlərdə koronadan vəfat edən qarmon ifaçısı Nəbi Məmmədovdan yazıb. 
"Sherg.az" xəbər verir ki, o mərhumun fotosunu İnstaqramda paylaşaraq onun yoxluğuna alışa bilmədiyini söyləyib:
"Axşam bir anlıq düşündüm ki, yeməyimi yedikdən sonra sənə zəng edim. Deyim ki, yığışaq məşq edək. Telefonda nömrəni axtardım. Birdən yuxudan ayıldım ki, sən yoxsan".