Niyam Mətanət İsgəndərliyə “ad”qoydu: "Ana qarışqa"   

“Sevil və Sevinc bacıları yaşlarına uyğun danışsınlar. Həmyerlilərimdir, xətirlərini də istəyirəm. Lakin kiminsə başqasının bağlı qapısından xəbəri yoxdur. Oradakı müğənniləri tanıyıram, kim haradadır bilirəm. Əkizlərin pulları varsa, həmin müğənnilərə borc versinlər”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “MTV Azərbaycan”a Sevil və Sevinc bacıların “Göyərti qiymətinə Moskvaya getməyə dəyməz” açıqlaması barədə danışarkən müğənni Niyam Salami deyib. İfaçı söyləyib ki, kimsə kefindən Vətənini atıb getməz:

“Məsələn, Mətanət İsgəndərli daim ailəsini, qohumlarını maddi cəhətdən təmin edib. Ona hər zaman “Ana qarışqa” demişəm. O xanımın problemləri də oldu. Ümumiyyətlə müğənniləri hər yerdə daş-qalaq edirlər.

Sanki zəif bənd kimi müğənnidən danışırlar. Ona görə ifaçılar haqqında belə fikirləşməməlidirlər. Dolanma hər kəsə lazımdır. Danışmağa nə var ? Hər kəs deyə bilər.

Mən də eşidirəm ki, filankəs filan qiymətə Moskvada ifa edir. Yenə də deyirəm, pərdə arxasından xəbərləri yoxdursa, danışmasınlar. Yaxınlarda bir kişi müğənni açıqlama verib(Meyxanaçı Namiq Qaraçuxurlunu nəzərdə tutur-.red). Adını çəkməyəcəm.

Amma sözündən belə çıxdı ki, biz müharibədən sonra, yəni itkilərimiz varkən  efirlərdə qonaq olmaqla səhv etmişik. Biz oxumamalıyıq. Sənət fəaliyyətini dayandırmaqla tək o düzgün addım atıb. Mənə də lağ edənlər çox olub.

Ofisiant, barmen, aşbaz və fəhlə kimi işləmişəm. Biri deyirdi ki, gedib aşpaz işləsin. Yaxud da söyləyirdilər ki, toylara getməyən müğənni sənətçi deyil".