Könül Kərimova bu ölkədə biznes qurdu:"Komandam da var"

Rusiyaya üz tutan müğənnilər sırasında olan Könül Kərimova "Zaurla Günaydın" verlişinə onlayn şəkildə qoşulub. 
"Sherg.az" xəbər verir ki, sənətçi Azərbaycan üçün darıxdığını söyləyib:
"Amma burada rahatam, sakitəm hüzur tapmışam. Oğlum da yanımdadır. Buna baxmayaraq elə bilirəm körpə uşaq qoyub gəlmişəm. Moskvada xına evi açmışam. Hiss elədim ki, orada bu iş zəifdir. Həm də boş-boşuna niyə oturaq ki? Nə isə etməliyik. Çoxdan fikirləşirdim. Zənglə bütün işləri hələ etdim. Sadəcə hər şeyi sistemləşdirmək lazım idi. Komandam da var, hamısı ilə təsadüfən rastlaşdım. Hər şeyi planlaşdırdım. 26 ildir Moskvaya gedib-gəlirəm. Tanış ailənin bir evi var. Orada qalıram. Moskvada çox darıxıram. Etiraf edim ki, məcburən buradayam. Nə qədər qala bilsəm, qalacam".