Uzun müddətdir ki, səhhəti ilə bağlı problemlər yaşayan meyxanaçı Ağakərimdən (Kərim Novruzov) xəbər var.
"Sherg.az"ın məlumatına görə həmkarı Ağamirzə Məmmədov onun yeni görüntülərini paylaşıb. O Kərimin yaxşı olduğunu söyləyib. Həmçinin meyxanaçı özü də danışıb. Dostlarına salam göndərib.
Qeyd edək ki, söz ustadının 2017-ci ilin mart ayında beyninə qan sızıb və xeyli zamandır bu xəstəlikdən əziyyət çəkir.
![](https://sherg.az/uploads/editor/c87c148431156776fe2755352cfdb637.jpg)