Aktrisadan ŞOK faktlar: "Məni xəstəxanalıq vəziyyətə salıblar"

Xalq artisti Naibə Allahverdiyeva “Sözbaz” proqramında qonaq olub. O həm həyatı, həm də sənəti ilə bağlı açıqlamalar verib.
“Sherg.az”ın məlumatına görə, həmkarlarının ona etdiklərindən söz açıb. Aktrisa sənət yolunda başına gələnlər haqda bunları söyləyib:
“O vaxt təkcə qadınlar bir-birinə deyil, kişilər də xanımlara quyu qazırdılar. Aktrisa olmaq cəsarət, istedad zəhmət istəyir. Daim göz önündə olursan. Gözəl olmağım məni o dövrdə xilas etmədi. Əksinə oldu. Mənə qarşı qısqançlıq var idi, hətta öz yaxınlarımdan belə. Öz yaxınlarına qısqananlar da olurdu. Gözəllik başıma bəla idi”.

Aparıcı Zümrüd Bədəlova isə bəzi şəxslərin aktrisanın suyuna kulisdə dərman atdıqlarını, beləliklə  onun səhnəyə çıxmasına əngəl olduqlarını deyib. Naibə xanım bu faktı təsdiqləyib:

“Hətta məni qrim otağından  qovublar. Bir aktrisa var idi. Allah rəhmət eləsin, adını çəkməyəcəm. Məni xəstəxanalıq vəziyyətə salıblar. Çox böyük stress keçirmişəm, az qala məni maşın vururdu. Teatrın yubiley tədbirində hamı səhnədə oturmuşdu.

Getdim, bir kənarda dayandım ki, bəlkə, yer verərlər, amma yer vermədilər. Heç yadımdan çıxmır. Yarım saat altımda stol olmadan oturmuş kimi dayandım”.