Mərhum gitaraçının oğlu hər kəsi kövrəltdi - FOTO

Bir müddət öncə faciəvi şəkildə dünyasını dəyişən gitara ifaçısı Nofəl Süleymanovun kiçik oğlu Rəvan hər kəsi kövrəldib.
"Sherg.az" xəbər verir ki, o qonaq olduğu bir verilişdə göz yaşlarına hakim ola bilməyib. Balaca Rəvanın atası üçün ağlaması ürəkləri riqqətə gətirib.  
Qeyd edək ki, Nofəl Süleymanovu böyük oğlu bilmədən öldürüb. Kiçik oğlu Rəvan isə atasının sənəti davam etdirir.