Könül Kərimova izləyicisini TƏHQİR ETDİ:"...Ay xəstə!" - FOTO

Müğənni Könül Kərimova İnstaqramda həmkarları Vasif Məhərrəmli, Xatirə İslam və Manaf Ağayevlə birgə fotosunu paylaşıb. Lakin sənətçinin izləyiciləri onun dostlarına mənfi rəy yazıb.
“Sherg.az” xəbər verir ki, K.Kərimova həmin kommentləri cavablandırıb. Amma o  təhqiramiz ifadələrdən istifadə edib. Məsələn, “Xatirə ilə Vasifi heç sevmədim. Hamı sizi sevə bilməz. Burada inciməli nə isə yoxdur” şərhini yazan izləyiciyə “Onlar səndən ötrü ölür eləmi, ay xəstə?!”-deyə cavab verib.
Qeyd edək ki, K.Kərimova zaman-zaman izləyiciləri ilə problem yaşayır. O bir müddət öncə də eyni məsələ ilə gündəmə gəlmişdi.