Aygün Kazımova:“Bu yolla müğənnilərin sayını azalda bilərik”

“Pis anlar unudulur. Mən unuduram, nə gözəl ki, belə bir xasiyyətim var, avtomatik baş verir. Nəsə lazım gələrsə, telefon nömrəsi, tarix olsa belə bir saata xatırlaya bilərəm”.
“Sherg.az”ın məlumatına görə, bu sözləri xalq artist Aygün Kazımova deyib.
“ATV Səhər”in qonağı olan xalq artisti “Yaşananlar unudulur?” sualını belə cavablayıb:
“Ağır yaşananları yadıma salmaq istəmirəm. Hansı konsertdə nə baş verib, səhnə arxası nələr olduğunu yada salmaq olar. Bunu axı tamaşaçılar bilmir. Səhnə arxasında olanlardan xəbərsizsiniz. Bir dəfə görsəniz, müğənni olmaq istəyən daha sənətə gəlməz. Bəlkə, bu yolla şou-biznesdəki müğənnilərin sayını azalda bilərik”.