Məşhur aktyor 19 il sonra ekrana qayıdır

Məşhur amerikalı aktyor Kevin Kostner "Horizon" adlı vesterni (Amerikanın həyatını əks etdirən janr) ekranlaşdırmağa hazırlaşır.

Sherg.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, aktyor 19 ildən sonra ekranlara ilk dəfə rejissor kimi dönəcək, eyni zamanda, filmdə əsas obrazlardan birini canlandıracaq.

Çəkilişlərin avqustun ayında başlanılması nəzərdə tutulsa da kastinqlər gələn aydan etibarən start götürəcək.

Qeyd edək ki, K.Kostner son olaraq 2003-cü ildə "Açıq məkan" filmində rol alıb. Onun "Canavarlarla rəqs" filmi "Ən yaxşı film" nominasiyası da daxil olmaqla 7 Oskar qazanıb. Film Amerika Kinoakademiyasının "Qızıl şedevrlər"i siyahısına salınıb.