Müğənni:"Bizneslə məşğul olan kişi axtarıram"

Müğənni Dilarə Kazımova iddialı sözləri ilə gündəmə gəlib.
"Sherg.az"ın məlumatına görə, "Şourum" verilişinin kameralarına tuş gələn müğənni ailə qurmaq planlarını açıqlayıb:
"Bizneslə məşğul olan kişi axtarıram. Ailədə bir nəfər sənətçi olmalıdır. Mən sənətlə məşğul olanda  kişi də getsin, işləsin. Belə maraqlıdır. O bir az ciddi olsun".