Müğənni Roza Zərgərli şəxsi həyatı ilə bağlı açıqlama verib.
"Sherg.az"ın məlumatına görə, "ŞouRuma" danışan müğənni ailə qurmağa namizəd olan şəxsdən bəhs edib:
"Ürəyim doludur, boş deyil. Amma hələ düşünürük. Mərhələni keçəndən sonra qərar verəndə hər kəs biləcək. O birilər kimi gəzib - gəzib ev yıxmaqdansa, ailə qurmaq daha yaxşıdır. Qismət olsa, niyə də ailə qurmayım?!".
Qeyd edək ki, R.Zərgərli ailə qurmağı planladığı şəxsin həm şou, həm biznes nümayəndəsi olduğunu vurğulayıb.
Roza Zərgəli iki dəfə ailə həyatı qursa da, uğursuzluqla nəticələnib.