"Gülay Zeynallı mənsiz ( red. "Əl çəksin kədər" ) mahnımı səsləndirib radioya verib. Hələ xətrinə dəymədim".
"Sherg.az"ın məlumatına görə, bu sözləri "Günün Sədası" verilişinin qonağı olan əməkdar artist Elza Seyidcahan bildirib.
E.Seyidcahan G.Zeynallıdan gileylənib:
""Əl çəksin kədər" əvəzinə, "Əl çəhsin kədər" deyir. "Çəhsin" sözü var? Bəstəkar kimi hər gün maşında dinləyirəm, az qala beynimə qan sızsın. Brend geyinib, özünüzü ledi kimi aparırsız. Ədəbi dilimizi də qoruyun. Hələ "İnstagram"da yazır ki, "mahnını pul verib almışam, ürəyim istədiyi tərzdə oxuyacam". Özü də mahnıya az pul verib, hörmət etmişəm. Gücün çatdığın qədər, al, eybi yox söyləmişəm. Bu gün -sabah o mahnını oxuyaram, görərsiz necə oxuyurlar. Axı Gülayı sevməsəm, mahnı vermərəm. Çox istəyirəm, gözəl qızımızdır".