Meyxanaçı efirlərdən niyə  küsüb? – Qeyri-adi SƏBƏB

Tanınmış söz ustadı Vüqar Əbdülov uzun müddətdir ki, efirlərdə nəzərə çarpmır.
 “Sherg.az” xəbər verir ki, "ŞouRum" kameralarına tuş gələn  V.Əbdülov efirlərdən diqqət gözlədiyini açıqlayıb:
“Efirlərdən  küsmüşəm, heç kimlə danışmıram. Hər kəsi özünə görə qarşılayıb yola salmaq lazımdır. Yaradıcılıqdan başqa hər şey bunlara maraqlıdır. Mən də bacardığım qədər qoruyuram. Sosial şəbəkələrin heç birinə çıxmıram. Belə yaxşıdır. Dünən ad günüm idi. Hansısa televziya və ya radioda 1 dəqiqəlik sujet verdi?".